İrəvan rəsmisi KTMT sədri ilə sərhəddəki vəziyyəti müzakirə edib – DETALLAR  

Hazırda oxunan: İrəvan rəsmisi KTMT sədri ilə sərhəddəki vəziyyəti müzakirə edib – DETALLAR  

59638

Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycanla sovet dövründən sərhəd xəttinin mövcud olduğunu xatırladıb. 

Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan fevralın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas ilə telefon danışığı aparıb. 

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. 

Qriqoryan vurğulayıb ki, iki respublika arasında sərhəd hələ sovet dövründən mövcuddur. Onun sözlərinə görə, Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında saziş çərçivəsində tərəflər bu sərhədi tanıyıb, sazişi öz parlamentlərində ratifikasiya edib və qanunvericiliklərinin tərkib hissəsinə çeviriblər. 

Telefon danışığı zamanı Qriqoryan və Zas Ermənistanın KTMT-də hazırkı sədrliyi ilə bağlı bir sıra məsələlərə də toxunublar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin