Rusiyada xiyarın qiyməti kiloqramına görə 700 rubla qədər artıb.
Bizim.Media xəbər verir ki, bu barədə Baza Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, tərəvəzlərin bahalaşmasına səbəb soyuq qış mövsümü və Yeni il dövründə yaranmış yüksək tələbat olub.
“Hazırda bazarlarda xiyarın kiloqramı orta hesabla 500 rubldan başlayır. Satıcılar bildirirlər ki, bu son hədd deyil, qiymətlər daha da arta bilər”, — məlumatda qeyd olunur.
Fermerlərin sözlərinə görə, 2026-cı ildə xiyar tələbatı ötən illə müqayisədə təxminən 2,5 dəfə artıb və istehsalçılar buna hazır olmayıblar. Kənd təsərrüfatı istehsalçıları dekabr ayında yeni əkin aparsalar da, Yeni il ərəfəsində yaranmış ajiotajdan sonra əvvəlki həcmdə məhsul istehsalını bərpa etmək çətin olub.
Fermerlərdən biri bildirib ki, onların bir hissəsi gəlirlərini kompensasiya etmək üçün pərakəndə satışda qiymətləri artırır. Bundan əlavə, elektrik enerjisinin bahalaşması da qiymət artımına təsir göstərib — istixanaların saxlanması xeyli bahalaşıb. Eyni zamanda, toxum, gübrə və zərərvericilərə qarşı vasitələrin qiyməti də artıb.
Fevralın 12-də Dövlət Dumasının Təhlükəsizlik Komitəsi sədrinin müavini Anatoli Vıbornı xiyarın qiymətindəki kəskin artımın Federal Antiinhisar Xidməti (FAS) tərəfindən yoxlanılmasını təklif edib.
Onun sözlərinə görə, vətəndaşlardan qiymət sıçrayışı ilə bağlı çoxsaylı müraciətlər daxil olur. Şikayətlərdə qeyd edilir ki, Rusiyanın mağazalarında xiyarın qiyməti banan və ananas kimi ekzotik meyvələrdən belə yüksəkdir.
Bizim.Media



































































































