Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - Video

Hazırda oxunan: Təyyarədə yumruqlar işə düşdü, təcili eniş etdi - Havada qorxulu anlar - Video

596168

Antalyadan Mançesterə uçan Jet2 aviaşirkətinə məxsus təyyarə sərnişinlər arasında baş verən mübahisənin davaya çevrilməsi səbəbindən Brüssel hava limanına təcili eniş edib.

Bizim.Media “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, hadisə ötən gecə Jet2-nin LS896 nömrəli Antalya–Mançester reysində qeydə alınıb.

Antalyadan havaya qalxan təyyarədə, sərnişinlər arasında irqçi ifadələrə görə mübahisə yaranıb. Qısa müddətdə mübahisə əlbəyaxa davasına çevrilib.
 

Kabin heyətinin müdaxiləsinə baxmayaraq qarşıdurma davam etdiyindən pilot təyyarəni Brüssel hava limanına yönləndirərək təcili eniş edib. Polis əməkdaşları iki sərnişini təyyarədən endirərək saxlayıb. Daha sonra Mançester istiqamətində uçuş davam etdirilib.


Jet2 aviaşirkətinin yaydığı açıqlamada bildirilib ki, sözügedən sərnişinlərə ömürlük uçuş qadağası tətbiq olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin