Azərbaycan nümayəndə heyəti Ermənistanda – VİDEO

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti Ermənistanda – VİDEO

596012

Ermənistanda "Sülh körpüsü" təşəbbüsü çərçivəsində fevralın 13-14-də ikitərəfli dəyirmi masa keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Dəyirmi masa ətrafında Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlardan keçərək delimatasiya və demarkasiya olunmuş quru sərhəd sahəsindən Ermənistana gedib.
 

"Sülh körpüsü" təşəbbüsünün əsas iştirakçıları ilə yanaşı, bu dəyirmi masada hər iki tərəfdən daha geniş iştirakçı qrupu iştirak edəcək.


Qeyd edək ki, 2025-ci ilin oktyabrında Azərbaycan nümayəndə heyəti İrəvana hava yolu ilə gedib, noyabrda isə Ermənistan nümayəndə heyətinin cavab səfəri baş tutub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin