“İranın nüvə silahı hazırlamaq niyyəti yoxdur və Tehran bu baxımdan istənilən monitorinq tədbirlərini qəbul etməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa müraciətində deyib.
“Biz dünyanın və xalqımızın qarşısında dürüstük. Nüvə silahı yaratmağa çalışmırıq. Bunu dəfələrlə bildirmişik və istənilən yoxlamalara da hazırıq. Lakin ABŞ və Avropanın ritorikası danışıqlara mane olur. İran onların tələblərinə, ədalətsizliyə və təcavüzə boyun əyməyəcək. Biz regionda sülh və əmin-amanlıq naminə qonşu ölkələrlə dialoq aparırıq”, - deyə dövlət başçısı bildirib.
Bizim.Media

- A-
- A
- A+
Region
13:55 / 11.02.2026
Pezeşkian: “Nüvə silahı yaratmağa çalışmırıq”
Hazırda oxunan: Pezeşkian: “Nüvə silahı yaratmağa çalışmırıq”
Hazırda oxunan: Pezeşkian: “Nüvə silahı yaratmağa çalışmırıq”
595676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































