ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) azı 20 hərbi təyyarəsi Azərbaycana və Ermənistana eniş edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, təyyarələrin gəlişi ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfəri ilə bağlıdır.
Təyyarələrin əksəriyyəti 4-8 fevral tarixlərində Bakıya və İrəvana gəlib. Ümumilikdə, Azərbaycana 9, Ermənistana isə 12 hərbi-nəqliyyat təyyarəsi enib. Demək olar ki, bütün uçuşlar yükgötürmə qabiliyyəti 77,5 tona qədər olan “Boeing C-17A Globemaster III” ağır hərbi-nəqliyyat təyyarəsi ilə həyata keçirilib.
Bundan əlavə, Bakı və İrəvana ABŞ HHQ-nin xüsusi əməliyyat qüvvələri üçün ixtisaslaşdırılmış “Lockheed Martin MC-130J Commando II” hərbi-nəqliyyat təyyarələri uçub. Bu tipli daha 2 təyyarənin isə Gürcüstana eniş etdiyi bildirilir.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 9-10 fevral tarixlərində Ermənistanda səfərdə olacaq. Daha sonra Vens Azərbaycana səfər edəcək.


Bizim.Media
































































































