Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

Hazırda oxunan: Marqarita Simonyan görbagör olan ərinin adına mükafat təsis etdi

595095

“Rossiya Segodnya” beynəlxalq media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan görbagor olan həyat yoldaşı, rejissor Tiqran Keosayanın adına mükafat təsis etdiyini elan edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə Max kanalındakı paylaşımında yazıb.

Simonyan Orenburq vilayətinin Buquruslan şəhərindən olan tərbiyəçilər Lia Qaleyeva və Lyudmila Platonovanın hekayəsindən sarsıldığını və heyran qaldığını bildirib.

Sözügedən tərbiyəçilər həyatlarını riskə ataraq, bıçaqla silahlanmış bir şəxsdən uşaqları qoruyublar.

“Mən Tiqran (Keosayan) adına mükafat təsis edirəm. Bu mükafatı şəxsən özüm həmin tərbiyəçilər kimi insanlara — sadəcə yaxşı, ləyaqətli adamlara təqdim edəcəyəm. Mükafatı özüm verəcəyəm”, — deyə Simonyan bildirib.
 

Onun sözlərinə görə, mükafatın məbləği 1 milyon rubl olacaq və bu mükafat ildə azı 10 dəfə bu cür qəhrəmanlıq nümunəsi göstərən insanlara təqdim ediləcək.


Qeyd edək ki, 5–9 fevral tarixlərində silahlı bir şəxs Buquruslanda məktəbəqədər təhsil müəssisəsinə, daha sonra isə uşaq bağçasının binasına daxil olub və tərbiyəçilərdən birini yaralayıb. Uşaqlar xəsarət almayıblar. Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” və “səhlənkarlıq” maddələri ilə cinayət işləri açılıb.

Tiqran Keosayan 26 sentyabr tarixində 59 yaşında vəfat edib. O, uzun illər ürək problemlərindən əziyyət çəkib. 2025-ci ilin yanvarında kliniki ölüm keçirib, daha sonra 9 ay davam edən komaya düşüb. Kinorejissorun və televiziya aparıcısının ölüm xəbərini həyat yoldaşı, media-menecer və RT-nin rəhbəri Marqarita Simonyan açıqlayıb.

Xatırladaq ki, Marqarita Simonyan uzun illərdir Azərbaycana qarşı açıq düşmən mövqeyi ilə tanınır.

O, həm rəsmi çıxışlarında, həm də sosial şəbəkələrdə Azərbaycanı və şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanı hədəf alan təhdidedici bəyanatlarla çıxış edib. Eyni zamanda Simonyan Qarabağdakı separatçı rejimi açıq şəkildə dəstəkləyən əsas rusiyalı media fiqurlarından biri kimi də öndə gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin