Ermənistan Milli Təhlükəsizlik Xidməti xarici xüsusi xidmət orqanları tərəfindən yaradılmış və respublika ərazisində fəaliyyət göstərən böyük casus şəbəkəsini üzə çıxarıb.
Bizim.Media “armeniasputnik.am” saytına istinadən xəbər verir ki, bu haqda informasiyanı qurumun mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, kəşfiyyat şəbəkəsinə onlarla erməni hərbçi cəlb edilib.
MÖVZU İLƏ BAĞLI:
Erməni partiya sədri Peqov haqqında: “Bu yaramazın “canlı yayımları” oğlanlarımızı öldürüb”
Üstəlik, sosial şəbəkələrdə ifşa olunma riskini azaltmaq üçün erməni qadınlarının adları və fotoşəkilləri ilə çoxsaylı saxta hesablar açılıb və bu hesablar vasitəsilə xarici kəşfiyyatçıların erməni zabitləri ilə tanışlığı yaradılıb.
Bu hesabların müəllifləri savadı az olan və çox pul qazanc əldə etməyə çalışan erməni zabitlərinə təklif ediblər ki, müəyyən mükafat müqabilində çox fərqli xarakterli məlumatlar ötürsünlər.
Bura qoşunların yerləşməsi haqda məlumat, şəxsi heyətin, hərbçilərin və texnikanın sayı, döyüş sursatının həcmi, hərbi hissələrdə komandanlığın strukturu, səngərlər haqda informasiya və s. daxil edilib.
Bizim.Media