“Ölkəmiz bu sahədə də ənənəvi düşməni olan Azərbaycandan geridə qalıb” – Erməni deputat

Hazırda oxunan: “Ölkəmiz bu sahədə də ənənəvi düşməni olan Azərbaycandan geridə qalıb” – Erməni deputat

59468

Hərbi islahatlar konsepsiyasının olmaması müdafiə sistemində böyük dəyişikliklərin mümkünlüyünə mane olur. 

Bizim.Media “yerevan.today” saytına istinadən xəbər verir ki, bu barədə “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

“Bu sahədə də Ermənistan ötən ildən orduda islahatlar prosesinə başlayan ənənəvi düşməndən (Azərbaycan nəzərdə tutulur) geri qalıb.

Müdafiə naziri vurğulayır ki, yaxın vaxtlarda onlar müzakirəyə çıxarılacaq, lakin bununla belə, o, əlavə edir ki, hazırlanmış konsepsiya ilə bağlı hələ də şübhələri var.

Ermənistanda mütəmadi olaraq hərbi sənayenin inkişafından danışırlar, lakin bu sistemin 1,3 ildir lideri yoxdur, sənaye kifayət qədər qəribə statusda qalıb.

Vədlər və təminatlar gözəl səslənir, lakin reallıqla çox az əlaqəsi var”, - deyə Abrahamyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin