Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

Hazırda oxunan: Ərdoğan: “Suriyada sülh prosesini pozmağa çalışanlar cəzalandırılacaq” - VİDEO

594124

“Suriyada sülhə, sabitliyə və ölkənin ərazi bütövlüyünə töhfə verən bütün addımlar Ankara üçün məntiqli və qəbulediləndir”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
 

O, ölkənin şimalında vəziyyətin qan tökülmədən, “bir ordu, bir dövlət, bir Suriya” prinsipləri əsasında həllinin vacibliyini qeyd edərək, bu prosesi pozmağa yönələn istənilən cəhdin nəticəsiz qalmayacağı barədə xəbərdarlıq edib.


Ərdoğan həmçinin iki günlük Səudiyyə Ərəbistanı və Misir səfərini elan edib. Bu ölkələrin rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli münasibətlər, təhlükəsizlik və Qəzza sektorunun bərpası, eləcə də İran ətrafında böhranın daha da eskalasiyasının qarşısının alınması yolları müzakirə olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin