İran şərt qoydu: ABŞ geri çəkilsə...

Hazırda oxunan: İran şərt qoydu: ABŞ geri çəkilsə...

593926

İranın xarici işlər naziri Hüseyn Araqçi Vaşinqtonun mövqeyinə dair mühüm açıqlama ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, Araqçi ABŞ-ın “yerinə yetirilməsi mümkün olmayan” tələblərdən imtina edəcəyi halda nüvə sazişinin mümkün olduğunu bildirib.

Bu barədə o, CNN jurnalistinə müsahibəsində danışıb.
 

Nazirin sözlərinə görə, əgər ABŞ İranın raket proqramı və regional təsiri ilə bağlı güzəştlərdə israr etməzsə, razılaşma üçün real zəmin yarana bilər. O qeyd edib ki, Tehran Vaşinqtona etibar etmir, lakin Yaxın Şərq ölkələri arasında mesaj mübadiləsi məhsuldar şəkildə davam edir.


Araqçi hərbi ssenarinin isə region üçün fəlakət olacağını vurğulayaraq, gərginliyin yalnız danışıqlar yolu ilə azaldılmasının mümkün olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin