Ermənistan ölən 108 azərbaycanlının qalıqlarını Azərbaycana təhvil verib - PAŞİNYAN

Hazırda oxunan: Ermənistan ölən 108 azərbaycanlının qalıqlarını Azərbaycana təhvil verib - PAŞİNYAN

59379

Ermənistan il ərzində birinci Qarabağ müharibəsindən bəri itkin düşmüş hesab edilən 108 nəfərin qalıqlarını Azərbaycana təhvil verib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatında deyib.

“Bildirmək istəyirəm ki, son bir il ərzində birinci müharibədən itkin düşmüş hesab edilən 108 nəfərin meyiti Azərbaycan tərəfinə təhvil verilib və yaxın günlərdə daha iki meyiti təhvil verməyə hazırlaşırıq. Ümid edirik ki, biz təkcə birinci deyil, həm də 44 günlük müharibə zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirmək üçün əməkdaşlıq qura biləcəyik”. TASS agentliyi Ermənistanın baş naziri dediklərindən sitat gətirib.

Paşinyanın sözlərinə görə, İrəvan və Bakı bu məsələdə əməkdaşlıq etmək barədə razılığa gəliblər:

"Biz bunu humanitar məsələ hesab edirik və heç bir dividend almaq fikrində deyilik. İlkin şərt irəli sürmədən 108 nəfərin qalıqlarını qaytardıq". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin