Toy kortejində QƏZA - Bu ölkədə azərbaycanlılar həlak oldu

Hazırda oxunan: Toy kortejində QƏZA - Bu ölkədə azərbaycanlılar həlak oldu

593266

Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində ağır yol qəzası baş verib.
 
Bizim.Media report-a istinadən xəbər verir ki, “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
 
Qəza nəticəsində soydaşlarımız, 23 yaşlı Ümid Adıgözəlov və Üfüq Bədəlov hadisə yerində həyatını itirib.
 
Məlumata əsasən, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, onlara həkimlər tərəfindən tibbi yardım göstərilir.
 

Qəzaya düşən şəxslərin Sadaxlı kənd sakinləri olduğu bildirilir. Hadisənin toy kortejinin hərəkəti zamanı baş verdiyi qeyd olunur.


 Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin