28 yanvar 2026-cı il tarixində Prezidentin mətbuat katibi Dmitri Peskov brifinqində əsas mövzuları “xüsusi hərbi əməliyyat”dakı (XHƏ) itkilər, Ukrayna üzrə danışıqlar prosesi və Rusiya hərbçilərinin Suriyadakı fəaliyyəti olub.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Vladimir Putin bu gün Suriya prezidenti Əhməd aş-Şaraa ilə danışıqlar aparacaq:
“O, həmçinin Rusiya yəhudi icmasının rəhbərləri ilə görüşəcək. Putin "Sirius" uşaq mərkəzinin rəhbəri Yelena Şmeleva ilə işgüzar görüş keçirəcək”.
XHƏ-də itkilər - “XHƏ zamanı itkilərlə bağlı məlumatı yalnız Rusiya Müdafiə Nazirliyi verə bilər. Digər məlumatlar etibarlı hesab olunmur”.
Ukrayna üzrə danışıqlar - “Kreml ekspertlər səviyyəsində Ukrayna məsələlərinin müzakirəsinin başlanmasını artıq bir irəliləyiş kimi qiymətləndirir. Bu, dialoqun başlanğıcıdır. Danışıqların nəticəsi iştirakçıların konstruktivliyindən asılı olacaq. Üçtərəfli qrupun (ABŞ, Ukrayna və Rusiya) fəaliyyəti davam edir və birbaşa kontaktların başlanması müsbət qiymətləndirilir”.
Rusiya–Suriya münasibətləri - “Kreml keçmiş Suriya prezidenti Bəşər Əsədin ekstradisiyası ilə bağlı danışıqları şərh etməkdən imtina edib. Moskva və Dəməşq arasında münasibətlər yeni rəhbərlikdən sonra aktiv inkişaf edir. Rusiya hərbçilərinin Suriyada yerləşməsi yalnız Müdafiə Nazirliyinin səlahiyyətindədir”.
Peskov qeyd edib ki, Putinin aş-Şaraa ilə görüşündə bu mövzular da müzakirə olunacaq.
Bizim.Media



































































































