Müharibədə Rusiyanın itkiləri 1,2 milyon nəfərə çatacaq?

Hazırda oxunan: Müharibədə Rusiyanın itkiləri 1,2 milyon nəfərə çatacaq?

593148

Amerikanın CSIS analitik mərkəzi Ukrayna ilə Rusiya arasında gedən genişmiqyaslı müharibədə hər iki tərəfin ümumi itkilərini qiymətləndirib.

Bizim.Media xəbər verir ki, hesabata görə, Ukraynanın ümumi itkiləri — həlak olanlar, yaralananlar və itkin düşənlər daxil olmaqla — 500–600 min nəfər arasındadır. Həlak olmuş ukraynalı hərbçilərin sayı isə təxminən 100–140 min nəfərdir.

Analitiklərin hesablamalarına əsasən, Rusiyanın itkiləri 1,2 milyon nəfərə qədər çata bilər. Onlardan təxminən 325 mininin həlak olduğu bildirilir.
 

CSIS vurğulayır ki, təqdim olunan rəqəmlər açıq mənbələr əsasında jurnalistlər və könüllülər tərəfindən aparılan hesablamalarla ümumilikdə üst-üstə düşür. Bununla belə, yaralıların dəqiq sayını müəyyən etmək etibarlı məlumatların məhdudluğu və müalicədən sonra bəzi hərbçilərin yenidən cəbhəyə qayıtması səbəbindən çətindir.


Məruzədə həmçinin qeyd olunur ki, İkinci Dünya müharibəsindən bəri heç bir böyük dövlət silahlı münaqişələr zamanı bu qədər böyük insan itkisi verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin