Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin cənubundakı bir sıra hərbi hissələrə baş çəkib, bölmələrin komandanlığı ilə döyüş hazırlığının artırılması məsələlərini müzakirə edib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Nazir vurğulayıb ki, “məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, kadrların maarifləndirilməsi və hazırlanmasına da daim diqqət yetirmək lazımdır”.
Onun sözlərinə görə, “təlim səviyyəsinin köklü artırılması daha vacibdir”.
Qurumun rəhbəri döyüş mövqelərinə də baş çəkib, mühəndis-istehkam işləri, cəbhə xəttində hərbi qulluqçuların sosial-məişət şəraiti, mənəvi-psixoloji durumu ilə yerində tanış olub.
Səfər nəticəsində Papikyan komandirlərə bir sıra tapşırıqlar verib, aşkar edilmiş nöqsanların qısa müddətdə aradan qaldırılmasını tapşırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
11:13 / 09.02.2022
Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi - Döyüş mövqelərinə baxdı
Hazırda oxunan: Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi - Döyüş mövqelərinə baxdı
Hazırda oxunan: Ermənistanın müdafiə naziri Azərbaycanla sərhədə gəldi - Döyüş mövqelərinə baxdı
59297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.