Son 5 ildə Nikol Paşinyanın qorxularının demək olar ki, kosmik həddə çataraq azalmadığı, əksinə, hər keçən gün daha da artdığı müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Paşinyan İrəvan şəhərində və ölkə ərazisində hərəkət edən zaman təkcə iri polis qüvvələri deyil, həm də Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları cəlb olunur, gücləndirilmiş mühafizə tədbirləri tətbiq edilir.
Hətta öz komanda üzvləri ilə görüşlər zamanı belə ciddi təhlükəsizlik qaydalarına əməl olunur. Məsələn, iştirakçıların telefonları toplanır.
Lakin məlum olur ki, təkcə Paşinyan komandasına etibar etmir, komanda üzvləri də ona güvənmir.
Hökumət üzvlərindən əldə edilən məlumata görə, bir müddət əvvəl Nazirlər Kabinetinin iclaslarına mobil telefon olmadan gəlmələri tapşırılıb.
“İclas iştirakçılarının telefonları yığılaraq baş nazirlik binasının girişində yerləşən, supermarketlərdəki bağlanan qutulara bənzər xüsusi seyflərdə saxlanılır. Ancaq çoxları bu qutulara və Paşinyanın özünə etibar etmədiyindən, iclasa gələn nazirlər telefonlarını avtomobillərində saxlamağa başlayıblar. Mənbə bildirib ki, onlar bu müddət ərzində telefonlarının dinləniləcəyindən və ya məlumatların açılacağından ehtiyat edirlər. Ovik Ağazaryanla bağlı hadisəni heç kim unutmayıb və heç kim baş nazirin dürüstlüyünə ümid bəsləmir”, deyə nəşr vurğulayır.
Bizim.Media

- A-
- A
- A+
Region
12:50 / 27.01.2026
Paşinyana artıq öz komandasının üzvləri belə etibar etmir
Hazırda oxunan: Paşinyana artıq öz komandasının üzvləri belə etibar etmir
Hazırda oxunan: Paşinyana artıq öz komandasının üzvləri belə etibar etmir
592955
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































