Rusiya bu şəxslərə vətəndaşlıq və yaşayış icazəsi VERMƏYƏCƏK

Hazırda oxunan: Rusiya bu şəxslərə vətəndaşlıq və yaşayış icazəsi VERMƏYƏCƏK

592857

Rusiya hökuməti məhkumluğu olan xarici vətəndaşlara vətəndaşlıq və yaşayış icazəsi verməyi qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 

Hökumət komissiyası xaricilərə həm Rusiyada, həm də onun hüdudlarından kənarda ödənişi götürülməmiş və ya silinməmiş məhkumluğu olan şəxslərə Rusiya Federasiyası vətəndaşlığının, müvəqqəti yaşama icazəsinin və daimi yaşayış icazəsinin verilməsini qadağan edən qanun layihəsini təsdiqləyib.


Eyni zamanda, məhkumluq artıq verilmiş sənədlərin ləğvi üçün əsas ola bilər, lakin qanun qüvvəyə mindikdən əvvəl rəsmiləşdirilmiş sənədlərə şamil edilməyəcək.

Qanun layihəsi həmçinin xarici vətəndaşları vətəndaşlıq və yaşayış icazəsi üçün müraciət edərkən məhkumluq haqqında arayış təqdim etməyə məcbur edir. 14 yaşdan kiçik şəxslər üçün istisna nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin