ABŞ-ın vitse-prezidenti Cənubi Qafqaz səfəri zamanı Tbilisiyə gedəcəkmi? – Kobaxidzedən AÇIQLAMA

Hazırda oxunan: ABŞ-ın vitse-prezidenti Cənubi Qafqaz səfəri zamanı Tbilisiyə gedəcəkmi? – Kobaxidzedən AÇIQLAMA

592765

“Bildiyimiz kimi, ABŞ-ın vitse-prezidentinin qarşıdakı səfəri konkret olaraq TRIPP adlı marşruta həsr olunub. Buna görə də səfərin ünvanları kimi Azərbaycan və Ermənistan seçilməsi məntiqlidir”.

Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze fevral ayında Cey Di Vensin Cənubi Qafqaza səfər marşrutuna Gürcüstanın daxil edilməməsi ilə bağlı suala cavabında deyib.

“Bizim məlumatımıza görə, səfər Zəngəzur mövzusuna həsr olunacaq. Bu baxımdan amerikalı siyasətçinin Azərbaycan və Ermənistana gəlməsi tamamilə təbiidir.
 

Siz bilirsiniz ki, bu gün Gürcüstan–ABŞ münasibətləri mürəkkəb kontekstdədir. Bu vəziyyəti Bayden administrasiyası yaradıb. Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Biz səbrlə gözləyirik. Açıq şəkildə bildirmişik ki, strateji tərəfdaşlığı təmiz səhifədən və konkret yol xəritəsi əsasında yeniləməyə hazırıq”, - deyə baş nazir vurğulayıb.


Xatırladaq ki, ABŞ prezidenti ilə əldə olunan razılaşmadan sonra marşrut TRIPP adlandırılsa da, Gürcüstanın baş naziri Azərbaycan kimi bu istiqaməti “Zəngəzur” adı ilə qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin