Azərbaycandan əsirlikdən qayıdan mayor Narek Yerimyan zaminə buraxıldı - 2 min dollar verib

Hazırda oxunan: Azərbaycandan əsirlikdən qayıdan mayor Narek Yerimyan zaminə buraxıldı - 2 min dollar verib

0:00
0:00
59223

Azərbaycandan əsirlikdən qayıdan mayor Narek Yeremyan həbsdən azad edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a onun vəkili Karmen Poqosyan məlumat verib.

"Hakim bir milyon dram (2000 ABŞ dolları) məbləğində girov tətbiq etmək qərarına gəlib. Bundan sonra o, azadlığa buraxılıb", - deyə vəkil bildirib.

O, əlavə edib ki, Yeremyan dekabrın 4-də əsirlikdən qayıdıb.

Xatırladaq ki, 2021-ci il noyabrın 16-da Azərbaycana əsir düşən əsgərlər geri qaytarıldıqdan sonra onların bəziləri xidmət qaydalarını pozmaqda şübhəli bilinərək Ermənistanda həbs edilib.

Onlardan ikisi - Serjik Əmirxanyan və gizir Aren Aramyan həbsdən azad edilib.

Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi bildirib ki, əsirlikdən qayıdan 26 əsgərdən 6-sı barəsində cinayət işi başlanıb, onlar həbs edilib:

“Aralarında üç zabit də var. Bu hərbçilər ağır nəticələrə səbəb olan döyüş növbətçiliyi və ya döyüş xidməti qaydalarını pozmaqda ittiham olunurlar. Daha 6 əsgərin vətənə qaytarılması üçün tədbirlər görülür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin