Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

Hazırda oxunan: Çinin 16 hərbi yük təyyarəsi İrana endi: Nə daşınır?

591965

Son 56 saat ərzində 16-a yaxın Çin hərbi yük təyyarəsi İrana eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Defence Security Asia” nəşri məlumat yayıb.

Nəşr yazıb ki, bu vəziyyət regiondakı mövcud gərginlik fonunda yeni və potensial olaraq destabilizasiyaedici amil kimi qiymətləndirilir:

“Hava daşımalarının miqyası və sürəti Pekinin “strateji qeyri-müəyyənlik” pərdəsi altında Yaxın Şərqdə hərbi balansı birbaşa təsirləndirməyə hazır olub-olmaması ilə bağlı sualları gündəmə gətirib.Çinin ekspedisiya tipli hava daşımaları imkanlarını genişləndirdiyi bir dövrdə bu cür siqnallar Pekinin Şərqi Asiyadan kənarda gizli hərbi güc proyeksiyasının sərhədlərini sınaqdan keçirdiyi ehtimalını gücləndirir”, - məqalədə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin