Azərbaycanın qaytardığı əsgərlər İrəvanda 8 saat dindirildi – YENİ DETALLAR

Hazırda oxunan: Azərbaycanın qaytardığı əsgərlər İrəvanda 8 saat dindirildi – YENİ DETALLAR

59131

Azərbaycanın Ermənistana qaytardığı 8 erməni hərbçinin dindirilməsi gərgin və çətin şəraitdə keçib.

Bizim.Media xəbər verir ki, bu barədə İrəvanın “Joxovurd” qəzeti yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

8 erməni hərbçi geri qaytarıldı - RƏSMİ


Müstəntiqlər cinayət işinin açılması zərurətindən çıxış edərək onları dindiriblər.

Bu zaman əsirlərin qəzəbli qohumları hay-küy salaraq, hərbi istintaq idarəsinin binasının şüşələrini sındırmağa cəhd ediblər. Vəziyyət polis tərəfindən nəzarətə götürülüb. Valideynlər bir şeyi tələb ediblər: hüquq-mühafizə orqanlarının əməkdaşları oğullarını tez bir zamanda azad etsinlər.

“Joxovurd” qəzetinin məlumatına görə, dindirmə gündüz saat 15:00-da başlayıb və təxminən 7-8 saat davam edib. İndi isə hamını bir sualın cavabı maraqlandırır: repatriasiya olunan məhbuslar həbs olunacaq, ya yox? 
 

Hüquq-mühafizə sistemindəki mənbə qeyd edib ki, ibtidai istintaq orqanı hələ də Ermənistana qayıdan hərbçilərin heç biri ilə bağlı ittiham irəli sürməyib və ya həbs etməyib.


Gələcəkdə cinayət işində hansısa yeni halların yaranacağını proqnozlaşdırmaq çətindir.

P.S. Hərbi İstintaq İdarəsində səkkiz hərbi əsirin dindirilməsi axşam saatlarında başa çatıb. Bəlli olub ki, 8 hərbi əsirdən 6-sı istintaq orqanı tərəfindən azad edilərək evlərinə qayıdıb. Onlardan ikisi xidmət məsələsini həll etmək üçün hərbi polisə təhvil verilib”, – qəzet yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin