Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan FOTOSU

Hazırda oxunan: Bakının təhvil verdiyi Xaçatryanın xəstəxanadan FOTOSU

591220

Məlum olduğu kimi, yanvarın 14-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən Vaqif Xaçatryan və daha 3 nəfər Ermənistana təhvil verilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, V.Xaçatryan təhvil verildikdən sonra İrəvanda “Nork-Maraş” kardioloji mərkəzinə köçürülüb.

V.Xaçatryanın qızı Vera Ermənistan mediasına atasının səhhəti ilə bağlı məlumat verib və xəstəxanadan onunla birgə fotosunu paylaşıb.
 

Xatırladaq ki, Ermənistana təhvil verilən şəxslərin Azərbaycanda saxlanıldıqları müddətdə hüquqları tam təmin olunub, səhhətləri və saxlanma şəraitləri beynəlxalq standartlara cavab verib.


Məhkumlar həmçinin Ermənistana göndərilməzdən əvvəl tibbi müayinədən keçirilib və səhhətlərinin normal olması müəyyən edilib.

Onların sırasında səhhəti qənaətbəxş olmayan Vaqif Xaçatryana bütün zəruri tibbi yardım göstərilib və daim həkim müayinəsi altında olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin