Samvel Karapetyan yenidən istintaq təcridxanasına qaytarılır.
Bizim.Media erməni KİV-ə istinadla xəbər verir ki, Ermənistanın Antikorrupsiya üzrə Apellyasiya Məhkəməsi bu barədə qərar verib.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin ev dustaqlığı qərarı dəyişdirilib.
Xatırladaq ki, ötən ilin dekabrının sonunda iş adamı Samvel Karapetyan ev dustaqlığına buraxılmışdı. Lakin respublikanın Baş Prokurorluğu və İstintaq Komitəsi bu qərarın ləğv edilərək Karapetyanın yenidən istintaq təcridxanasına (SİZO) qaytarılması üçün müraciət etmişdi.
Qeyd edək ki, Rusiya vətəndaşı olan iş adamı 18 iyun 2025-ci ildən həbsdədir. Ona hakimiyyəti zorla ələ keçirməyə açıq çağırışlar etmək ittihamı irəli sürülüb. Samvel Karapetyan ittihamları qəbul etmir.
Bizim.Media





























































































