Putin Ukraynanın suverenliyinə zəmanət verən sülhü qəbul etməyəcək - Atlantic Council

Hazırda oxunan: Putin Ukraynanın suverenliyinə zəmanət verən sülhü qəbul etməyəcək - Atlantic Council

590737

2026-cı ildə Rusiya Ukraynada müharibənin dayandırılmasına yönəlmiş təklifləri rədd etməkdə davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə analitik mərkəz olan Atlantic Council yazıb.

Nəşr Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına diqqət çəkir. Həmin bəyanatda bildirilib ki, Moskva müharibədən sonrakı təhlükəsizlik zəmanətləri çərçivəsində Avropa qoşunlarının Ukraynada yerləşdirilməsinə razı olmayacaq. Bu, Kreml tərəfindən Ukrayna, Avropa və ABŞ tərəfindən hazırlanmış 20 maddəlik sülh planının faktiki olaraq rədd edilməsinin davamı kimi qiymətləndirilir.


Müəlliflər qeyd edirlər ki, Donald Trampın yenidən Ağ Evə qayıdışından sonra da Moskva sülh danışıqlarına yanaşmasını dəyişməyib. Putin birbaşa şəkildə sülh prosesindən imtina etmir ki, yeni sanksiyalara səbəb olmasın. Lakin Kremlın ABŞ-ın himayəsi altında aparılan diplomatik səylərdə ciddi iştirak etməyə hazır olmadığını göstərən çoxsaylı əlamətlər mövcuddur. Əvəzində Rusiya vaxt udmağa və eyni zamanda işğalını gücləndirməyə çalışır.

Nəşrin qənaətinə görə, yaxın vaxtlarda bu tendensiyanın dəyişəcəyinə dair heç bir əlamət yoxdur. Çünki Moskvaya qarşı artan iqtisadi çağırışlara baxmayaraq, Rusiyanın 2026-cı il üçün müdafiə büdcəsi rekord səviyyəyə yaxın qalır. Kreml bundan sonra da yerli dron istehsalına üstünlük verəcək, eləcə də Ukraynada könüllü xidmət edən yeni çağırışçılar üçün səxavətli mükafat və maaş sisteminin maliyyələşdirilməsinə böyük vəsait ayıracaq.
 

Daha əvvəl Bloomberg xəbər vermişdi ki, ABŞ prezidenti Donald Trampın elçiləri Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər edəcəklər. Nəşr qeyd edib ki, görüş bu ay baş tuta bilər, lakin İran ətrafındakı vəziyyət fonunda konkret planlar hələ razılaşdırılmayıb.


Bundan əvvəl Financial Times yazmışdı ki, “Böyük yeddilik” ölkələri ABŞ prezidenti Donald Trampla Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə həsr olunmuş görüş keçirəcəklər. Bildirilir ki, bu görüş gələn həftə Davosda keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində baş tuta bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin