Türkiyədə yeni evlənən ailələrə maddi yardım ediləcək. Belə ki, 18-35 yaş arası, gəliri minimum əməkhaqqından artıq olmayan gənclərə evlilik üçün 500 min lirə (təxminən 19 min AZN) veriləcək. Artan yaşayış xərcləri, kirayə qiymətləri və toy xərcləri fonunda bu addım cəmiyyətimizdə də geniş müzakirələrə səbəb olub.
Azərbaycanda da oxşar dəstək proqramına ehtiyac varmı?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan deputat Fazil Mustafanın sözlərinə görə, ölkəmizdə də bu istiqamətdə müəyyən addımların atılması mümkündür:
“Bu, demoqrafik vəziyyətin stimullaşdırılması baxımından vacibdir. Əsas məsələ həmin tədbirlərin hansı formada və hansı mexanizmlərlə həyata keçiriləcəyidir. Bu isə zamanla, proseslərin gedişatı fonunda daha aydın görünəcək”.
Deputat bildirib ki, bütün hallarda Türkiyədə tətbiq olunan qərarların Azərbaycana olduğu kimi köçürülməsi gözlənilmir:
“Lakin spesifik yerli şəraitə uyğun müəyyən tədbirlərin görülməsi zəruridir. Çünki ölkəmizdə də demoqrafik vəziyyətlə bağlı narahatlıqlar mövcuddur. Bu istiqamətdə məqsədyönlü siyasi kursun müəyyən edilməsi və ardıcıl şəkildə həyata keçirilməsi vacibdir”.
Bizim.Media

- A-
- A
- A+
Region
12:40 / 14.01.2026
Evlənmək istəyənlərə mühüm xəbər: 19 min manat… – Yeni təklif
Hazırda oxunan: Evlənmək istəyənlərə mühüm xəbər: 19 min manat… – Yeni təklif
Hazırda oxunan: Evlənmək istəyənlərə mühüm xəbər: 19 min manat… – Yeni təklif
590708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































