İranda hökumət əleyhinə etirazlar zamanı baş verən insan tələfatı ilə bağlı narahatedici məlumatlar yayılıb. Bildirilir ki, ölənlərin sayı indiyədək açıqlanan rəqəmlərdən xeyli çox ola bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “CBS News” telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, indiyədək azı 12 min nəfərin həlak olduğu iddia olunur. Lakin real rəqəmin 20 minə qədər yüksəlməsi ehtimal edilir.
Telekanal qeyd edir ki, bu rəqəmlər müxtəlif mənbələrdən toplanan məlumatlara əsaslanır. İranda rəsmi statistik göstəricilərin açıqlanmaması isə itkilərin dəqiq sayının müəyyənləşdirilməsini çətinləşdirir.
Məlumatda vurğulanır ki, ölkədə vəziyyətlə bağlı məlumat axınının məhdud olması səbəbindən real mənzərənin daha ağır ola biləcəyi istisna edilmir.
Bizim.Media

- A-
- A
- A+
Region
08:37 / 14.01.2026
İranla bağlı qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır
Hazırda oxunan: İranla bağlı qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır
Hazırda oxunan: İranla bağlı qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır
590645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































