ABŞ və Ermənistan arasında Tramp marşrutunun reallaşması ilə bağlı birgə bəyannamə TƏSDİQLƏNDİ

Hazırda oxunan: ABŞ və Ermənistan arasında Tramp marşrutunun reallaşması ilə bağlı birgə bəyannamə TƏSDİQLƏNDİ

590639

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında Vaşinqtonda görüş olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Məlumata görə, tərəflər 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitində əldə edilən razılaşmaların həyata keçirilməsinin gedişatını müzakirə ediblər. Hər iki tərəf Bakı ilə İrəvan arasında sülhün daha da təsisatlaşdırılmasının vacibliyini vurğulayıb və bu istiqamətdə addımlar atılmasını nəzərdən keçirib.


Tərəflər iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsi üçün çərçivə sazişi ilə bağlı birgə bəyannaməni təsdiqləyiblər.

Bəyanat Vaşinqton vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə saat 02:00) dərc olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin