Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.
Belə ki, V. Solovyovun efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat” keçirilməsinin zəruriliyi barədə bəyanatı rəsmi İrəvanın kəskin etirazına səbəb olub.
Hadisə ilə bağlı Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib.
Bizim.Media


































































































