Gürcüstan Azərbaycan yanacağının Ermənistana tranzitindən gəlir ƏLDƏ EDƏCƏK

Hazırda oxunan: Gürcüstan Azərbaycan yanacağının Ermənistana tranzitindən gəlir ƏLDƏ EDƏCƏK

589746

Gürcüstan Azərbaycan benzininin Ermənistana ikinci tranziti üçün ödəniş alacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Mega Trade” şirkətinin direktoru Karen Ayriyan Ermənistan mətbuatına açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, tranzit haqqı yanacağın pərakəndə satış qiymətinə ciddi təsir göstərməyəcək. Benzinin qiymətinin formalaşmasına əsas təsir edən amillər valyuta məzənnələrinin dəyişməsi və dünya bazar qiymətləridir.


Ayriyan qeyd edib ki, ikinci tranzit çərçivəsində Ermənistana Premium və Regular markalı benzinlər tədarük olunur. Hər iki şirkət üzrə ümumi tədarük həcmi bir neçə min ton təşkil edəcək.

Qeyd edək ki, “Mega Trade” və “Shisha World” şirkətləri Azərbaycan yanacağının Ermənistan bazarına əsas idxalçıları olaraq qalırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin