Havada qəza siqnalı verən Rusiyaya məxsus təyyarə uğurlu eniş etdi - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Havada qəza siqnalı verən Rusiyaya məxsus təyyarə uğurlu eniş etdi - YENİLƏNİB/VİDEO

589728

Xəbər verdiyimiz kimi Dubay–Moskva reysi reysi ilə uçan təyyarə BƏƏ-dən qalxış zamanı fövqəladə vəziyyət siqnalı verib.

Bizim.Media xəbər verir ki, aviaşirkətin rəsmi teleqram kanalında təyyarənin uğurlu eniş etdiyi bildirilib.

“Rusiyanın "Utair" aviaşirkətinin Dubay - Moskva marşrutu üzrə uçan təyyarəsi yerli vaxtla saat 18:37-də uğurla eniş edib. Sərnişinlərin və heyət üzvlərinin vəziyyəti yaxşıdır", -məlumatda qeyd olunub.

***18:23

Dubay–Moskva reysi reysi ilə uçan təyyarə BƏƏ-dən qalxış zamanı fövqəladə vəziyyət siqnalı verib.

Bizim.Media xəbər verir ki, Rusiyaya məxsus “Utair” aviaşirkətinə məxsus reys Əl-Maktum hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra 7700 siqnalını göndərib (bu, ümumi qəza vəziyyətini ifadə edir).
 

Hazırda Boeing 767 təyyarəsi şəhər ərazisi yaxınlığında su üzərində dövrə vuraraq yanacağı boşaldır. Təyyarə artıq bir saatdan çoxdur ki, havadadır.


İlkin məlumata görə, göyərtədə 200-dən çox sərnişin var.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin