"Kızılcık Şerbeti"nin azərbaycanlı ulduzu sərbəst buraxıldı

Hazırda oxunan: "Kızılcık Şerbeti"nin azərbaycanlı ulduzu sərbəst buraxıldı

589464

Türkiyədə narkotiklərlə mübarizə əməliyyatı çərçivəsində saxlanılan tanınmış aktyor Doğukan Güngör sərbəst buraxılıb.

Bizim.Media "Türkiye" qəzetinə istinadən xəbər verir ki, istintaq çərçivəsində ifadəsi alınan sənətçinin saxlanma müddəti uzun çəkməyib.

Aktyor iki gün öncə saxlanılmışdı.

Sənətçi daha çox "Kızılcık Şerbeti" serialında "Fatih" obrazı ilə məşhurlaşıb.

Qeyd edək ki, aktyor verilişlərdən birində atasının azərbaycanlı olduğunu da açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin