İranda etirazlarda 36 nəfər öldürülüb - 2000-dən çox yaralı var - VİDEO

Hazırda oxunan: İranda etirazlarda 36 nəfər öldürülüb - 2000-dən çox yaralı var - VİDEO

589434

İranda etirazlar və tətillər onuncu gününə daxil olduğu bir vaxtda insan itkisi və kütləvi həbslərlə bağlı yeni məlumatlar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Etirazçılar İranın qərbində iki şəhəri nəzarətə götürdü – VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranda İnsan Haqları Müdafiəçiləri Qrupu (HRANA) məlumat yayıb.

HRANA bildirir ki, son 10 gün ərzində İranın 27 əyalətində yerləşən 92 şəhərdə ümumilikdə 285 etiraz aksiyası, tətil və küçə nümayişi keçirilib. Etirazlara 22 universitetdə tələbələr də qoşulub.
 

Hesabata əsasən, etirazlar zamanı indiyədək ən azı 36 nəfər həyatını itirib. Ölənlərdən dördü 18 yaşdan aşağıdır. Bildirilir ki, həlak olanlar arasında iki təhlükəsizlik əməkdaşı da var.


Repressiyalar çərçivəsində 2000-dən çox insan saxlanılıb. Son günlərdə təhlükəsizlik qüvvələrinin xəstəxanalara və tibb mərkəzlərinə daxil olaraq yaralı etirazçıları həbs etməsi barədə də çoxsaylı məlumatlar yayılıb. (Iranintl)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin