Ermənistanda 2-ci hərbi əsir də azadlığa buraxıldı

Hazırda oxunan: Ermənistanda 2-ci hərbi əsir də azadlığa buraxıldı

0:00
0:00
58912

Ermənistanda həbs edilən ikinci hərbi əsir Serjik Əmirxanyan azad edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Ruben Melikyan öz Facebook səhifəsində məlumat yayıb.

Əmirxanyan 84 gün həbsdə olub: əvvəlcə Azərbaycan, sonra Ermənistan həbsxanasında.

"Bu cəhənnəmdən keçən hərbçimiz iki azyaşlı övladının yanına qayıdacaq. Sıra qalan uşaqlar üçündür. Düşmən əsirliyində olanları Ermənistanda həbs etmək lazım deyil”, deyə Melikyan yazıb.

Xatırladaq ki, 2021-ci il noyabrın 16-da Azərbaycana əsir düşən əsgərlər geri qaytarıldıqdan sonra onların bəziləri xidməti vəzifələrini pozmaqda şübhəli bilinərək Ermənistanda həbs edilib.

Serjik Əmirzanyandan əvvəl gizir Aren Aramyan da məhkəmənin qərarı ilə azadlığa buraxılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin