Paşinyan Erməni kilsəsinə qarşı hərəkətə başladı

Hazırda oxunan: Paşinyan Erməni kilsəsinə qarşı hərəkətə başladı

588982

Ermənistanın baş naziri Nikol Paşinyan Katolikosun istefasını tələb edən bir qrup yepiskopun iştirakı ilə hazırlanmış Erməni Apostol Kilsəsinin “bərpası və nizamlanması”na dair yol xəritəsi sənədini qəbul edib.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, yayımlanan bəyanata əsasən, sözügedən proqram çərçivəsində ilk mərhələdə kilsənin “bərpası proqramının” ictimaiyyətə açıq şəkildə elan edilməsi nəzərdə tutulur. 

Növbəti addım kimi isə Katolikosun vəzifədən uzaqlaşdırılması planlaşdırılır.

Sənəddə daha sonra Katolikosun səlahiyyətlərini müvəqqəti icra edəcək şəxsə dair seçkilərin keçirilməsi və yeni kilsə nizamnaməsinin qəbul edilməsi nəzərdə tutulur. Bu nizamnamənin məqsədi kilsə daxilində prinsiplərin qorunması, maliyyə şəffaflığının təmin edilməsi və ruhani şəxslərin davranışına nəzarət mexanizmlərinin yaradılması kimi təqdim olunur.

Yol xəritəsinin son mərhələsində isə mövcud prosedurlara uyğun şəkildə Katolikos Bütün Ermənilərin seçkilərinin keçirilməsi planlaşdırılır.

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin