İranın ali rəhbəri Əli Xamenei ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab verib.
MÖVZU İLƏ BAĞLI:
"İran aksiyaçılara atəş açsa, biz gələcəyik" - Tramp HƏDƏLƏDİ
Bizim.Media xəbər verir ki, İranın ali rəhbəri bu barədə “X” hesabında paylaşım edib.
Xamenei paylaşımında İranın təzyiq və ultimatumlara boyun əyməyəcəyini, xaricdən iradə qəbul etdirmə cəhdlərinə isə qətiyyətlə müqavimət göstərəcəyini vurğulayıb.
O, bildirib ki, düşmənin ölkəyə, hakimiyyətə və xalqa təzyiq göstərmək cəhdləri qarşısında mövqedən geri çəkilmək niyyətində deyillər.
Xamenei qeyd edib ki, İran Allaha və xalqın dəstəyinə arxalanaraq bu təzyiqlərə qarşı duracaq və mövqeyini müdafiə edəcək.
Xatırladaq ki, yanvarın 1-də ABŞ prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı bəyanat yayıb.
“Əgər İran dinc etirazçıları atəşə tutub zorakılıqla öldürərsə, (bu, onların adətidir) ABŞ onların köməyinə gələcək. Biz silahlanmışıq, yüklənmişik və getməyə hazırıq”, - deyə ABŞ lideri qeyd edib.

Bizim.Media



































































































