Kadırov Putinin iclasına qatılmadı - Səhhəti pisləşib

Hazırda oxunan: Kadırov Putinin iclasına qatılmadı - Səhhəti pisləşib

588529

Çeçenistan lideri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə keçirilən hökumət iclasında iştirak etməyib.

Bizim.Media xəbər verir ki, bu barədə “New Europe” qəzeti məlumat yayıb.

Məlumata görə, Moskvada Vladimir Putinin sədrliyi ilə ənənəvi Yeni il öncəsi “Gossovet” iclası keçirilib. İclasa bütün regionların nümayəndələri qatılıb, yalnız Çeçenistan lideri burada yer almayıb.
 

Ramzan Kadırov iclasa şəxsən qatılmaq üçün Moskvaya gedib. Lakin onun səhhəti qəfil pisləşib və Kadırov prezident administrasiyasının Mərkəzi Klinik Xəstəxanasına reanimobillə çatdırılıb.


"Kadırovun yaxın çevrəsindən mənbə bildirib ki, Moskvada onu çətinliklə ayıltdılar, sonra evə qayıtdı və o vaxtdan bəri ictimaiyyət qarşısına çıxmayıb", - qəzet yazır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin