ABŞ-ın bir sıra sanksiyaları aradan qaldırmaq haqqındakı qərarı xoşməramlıdır, lakin bu kifayət deyil. İran bütün sanksiyaların aradan qaldırılmasını tələb edir.
Bizim.Media xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə rəsmi Vaşinqtonun bəzi sanksiyaları ləğv etmək barəsində qərarına münasibət bildirərək deyib.
Nəzərə çatdıraq ki, ABŞ hökumətinin rəsmi nümayəndəsi Robert Melli bəyan edib ki, İranın tibbi və elmi məqsədlər üçün istifadə etdiyi nüvə müəssisələrinə qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.
Məsələyə münasibət bildirən İranın xarici işlər naziri əmir Hüseyn Əmir Abdullahian qeyd edib ki, Vyanada aparılan danışıqlar prosesini yumşaltmaq üçün ABŞ-ın atdığı bu addım xoşməramlıdır.
Lakin İrana kağız üzərində olan qərar lazım deyil. İran danışıqlar prosesində əldə olunan razılaşmaya ABŞ tərəfindən əməl olunacağına və sanksiyalar siyasətinə qayıtmayacağına dair zəmanət istəyir.
İranlı nazir də bildirib ki, rəsmi Tehran bütün sanksiyaların aradan qaldırılmasını istəyir.
Bizim.Media
- A-
- A
- A+
Region
08:43 / 06.02.2022
İran XİN-dən sanksiyalarla bağlı AÇIQLAMA
Hazırda oxunan: İran XİN-dən sanksiyalarla bağlı AÇIQLAMA
Hazırda oxunan: İran XİN-dən sanksiyalarla bağlı AÇIQLAMA
58840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.