"Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

Hazırda oxunan: "Ukrayna Putinin iqamətgahına PUA hücumu edib" - Lavrov

588067

Dekabrın 28-dən 29-na keçən gecə Ukrayna Novqorod vilayətində Rusiya Federasiyası prezidentinin iqamətgahına 91 dəfə PUA zərbəsi endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
 

Onun sözlərinə görə, HHM qüvvələri həmin iqamətgaha hücum edən bütün pilotsuz uçuş aparatlarını məhv edib. Nazir əlavə edib ki, Rusiya “cavab zərbələri üçün hədəfləri və onların endiriləcəyi vaxtı müəyyənləşdirib”.


Lavrov vurğulayıb ki, bununla əlaqədar olaraq Rusiyanın danışıqlar mövqeyi yenidən nəzərdən keçiriləcək.

Ukrayna prezidenti Volodimir Zelenski isə bu bəyanatı yalan adlandırıb. O əlavə edib ki, Rusiya sülh danışıqlarında irəliləyişi pozmaq istəyir və Moskvanın Kiyevdə hökumət binalarına zərbə endirmək üçün zəmin hazırladığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin