Gürcüstanda kişi öz nənəsini girov götürdü

Hazırda oxunan: Gürcüstanda kişi öz nənəsini girov götürdü

587203

Siqnaxi (Gürcüstan) polisi əvvəllər məhkum olunmuş 32 yaşlı kişini saxlayıb. O, 75 yaşlı nənəsini girov götürməkdə ittiham edilir.

Bizim.Media xəbər verir ki, məlumatı Gürcüstan KİV yayıb.

Kişi öz keçmiş arvadının xaricdən qayıtmasını nənəsindən tələb edirmiş. Əks halda təqaüdçünü öldürməklə hədələyib.
 

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin şəxs hadisə yerində saxlanılıb. Zərərçəkənin həyatı və sağlamlığı üçün təhlükə yoxdur.


Təqsirləndirilən şəxs cinayətdən az əvvəl şərti olaraq azad edilmişdi.

Bu dəfə onu 14 ilə qədər həbs gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin