Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Hazırda oxunan: Ermənistanda parlament seçkiləri bu tarixdə keçiriləcək

587175

Ermənistanda parlament seçkiləri 2026-cı il iyun ayının 2-dən 12-dək keçiriləcək.

Bizim.Media Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Vaaqn Ovakimyan bildirib.
 

"Konstitusiyaya əsasən, seçkilərin gözlənilən keçirilmə tarixi növbəti ilin 2-dən 12-nə kimidir. Seçkilər bu on gün ərzində keçirilməlidir", - V.Ovakimyan deyib.


MSK sədri həmçinin seçkilərin keçirilmə gününü dəqiq öyrənmək üçün Ermənistan Prezidentinin seçki tarixinin təyin edilməsi ilə bağlı rəsmi qərarını gözləməli olduqlarını deyib.

KİV xəbər verir ki, Ermənistanda sonuncu parlament seçkiləri 2021-ci il iyunun 20-də keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin