Yaşar Güler: "Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək"

Hazırda oxunan: Yaşar Güler: "Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək"

586535

Türkiyə Suriyanın ordusuna Azərbaycan modeli əsasında dəstək verməyə hazırdır.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Güler bildirib.
 

Nazir vurğulayıb ki, Türkiyə əvvəllər Azərbaycan, Liviya və Somali ordularına hərbi təlim dəstəyi göstərib və Suriyaya da eyni dəstəyi təqdim etmək niyyətindədir.


“Azərbaycana, Liviyaya və Somaliyə təlim dəstəyini necə təmin etmişiksə, eynisini onlara da verə bilərik. Təlimlərə Türkiyədə başlamışıq və davam etdiririk. Suriyanın terrorla mübarizəsinə yardım etməli olduğumuzu düşünürük və fəaliyyətlərimizi də bu istiqamətdə davam etdiririk”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin