İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum EDİLDİ

Hazırda oxunan: İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum EDİLDİ

586527

Pakistan Federal Təhqiqat Agentliyinin xüsusi məhkəməsi keçmiş baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibini korrupsiya işi üzrə 17 il müddətinə azadlıqdan məhrum edib.

Bizim.Media xəbər verir ki, bu barədə “geo.tv” məlumat yayıb.

Onlar 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətindən aldığı dövlət hədiyyələri ilə bağlı saxtakarlıqda ittiham olunur.
 

Məhkəmə Xan və Buşra Bibiyə etibardan sui-istifadə ittihamı ilə 10 il, Korrupsiyanın Qarşısının Alınması Qanununun müxtəlif pozuntularına görə isə yeddi il həbs cəzası verib. Məhkum edilmiş şəxslərin hər biri həmçinin 16,4 milyon Pakistan rupisi (təxminən 60.000 dollar) məbləğində cərimə olunub.


Qeyd edək ki, iş 2024-cü ilin iyul ayında açılıb. Müstəntiqlər iddia edirlər ki, keçmiş həyat yoldaşları dövlət hədiyyələrini, o cümlədən bahalı saatları, eləcə də brilyant və qızıl zinət əşyalarını rəsmi dövlət hədiyyə anbarı olan Toşakhanaya təhvil vermədən qanunsuz olaraq satıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin