Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından YOLA SALINDI

Hazırda oxunan: Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından YOLA SALINDI

586313

Ermənistana yanacaq daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb.

Bizim.Media report-a istinadən xəbər verir ki, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) yük qatarı ilə axşam saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasından Gürcüstana doğru hərəkət edib.

Yük, Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.


Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilk dəfə olaraq yerli mənşəli neft məhsulunun Ermənistana tədarükünü həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin