İrakli Kobaxidze Azərbaycanı “Gürcüstanın xüsusi dostu” ADLANDIRDI

Hazırda oxunan: İrakli Kobaxidze Azərbaycanı “Gürcüstanın xüsusi dostu” ADLANDIRDI

586016

Gürcüstan Baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi ilə Bakı arasında xüsusi dostluq münasibətləri mövcuddur və iki ölkənin hökumətləri hər hansı bir məsələni asanlıqla həll edə bilirlər.

Bizim.Media xəbər verir ki, bu barədə o, Gürcüstan televiziyasına açıqlamasında danışıb.

Baş nazir yaxın günlərdə Türkmənistanda Azərbaycan Baş naziri Əli Əsədovla “səmimi görüş” keçirdiyini xatırladıb:

“Görüşün əsas mövzusu Azərbaycanın Gürcüstan vasitəsilə tranzitinin son forması və Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər olub. Azərbaycan tərəfinin maraqları bizim üçün tamamilə qəbulediləndir.
 

Bizim öz maraqlarımız var və düşünürəm ki, danışıqların nəticələrinə əsaslanaraq, Cənubi Qafqazda hər üç ölkənin maraqlarını təmin edəcək ən yaxşı yolu asanlıqla tapa bilərik”.


Qeyd edək ki, dekabrın əvvəlində bir neçə azərbaycanlı nəşr Gürcüstan hakimiyyətini tənqid edən məqalələr dərc etmişdi. Nəşrlər Tbilisini tranzitə mane olmaq və regional sabitliyi pozmaqda ittiham etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin