Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

Hazırda oxunan: Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI - VİDEO

585536

Hazırda Ermənistanda hakimiyyət uğrunda mübarizə Nikol Paşinyan ilə kilsə rəhbəri II Qaregin arasında gedir. Hakimiyyət hazırda əsas diqqəti kilsə ilə mübarizəyə yönəldib. Məhz bunun nəticəsidir ki, zəifləyən revanşistlər də son dayaqları olan kilsə ətrafında birləşməyə başlayıblar.

Bizim.Media xəbər verir ki, bu günlərdə Moskvada Ermənistan səfirliyi önündə baş nazir Nikol Paşinyan əleyhinə keçirilən etiraz aksiyası məhz kilsənin müdafiəsi məqsədi daşıyırdı.

Digər tərəfdən Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sarqsyan bildirib ki, tərəfdarları ilə birgə II katalikos Qareginin göstərişi ilə istənilən addımı atmağa hazırdırlar.

Baş katalikos isə xaricdən dəstək almaq üçün Fransadan sonra bu dəfə də ABŞ-a səfər edib.

O, Los-Ancelesdə tərəfdaşlarını kilsəyə qarşı olan özbaşınalıqlara qarşı mübarizəyə çağırıb.

Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin