Ukrayna və Türkiyə arasında səkkiz dövlətlərarası sənəd imzalanıb.
Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, imzalanma mərasimi prezidentlər Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Kiyevdəki Mariinski sarayında baş tutub.
İmzalanan sənədlər arasında azad ticarət sazişi də var.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə və Ukrayna saziş imzaladı - Yeni dönəm başladı
Bundan əlavə, tərəflər gənclər siyasəti, vergitutma, standartlaşdırma və keyfiyyət sahəsində anlaşma memorandumları, gömrük sənayesi sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Həmçinin, yüksək texnologiyalar, aviasiya və kosmik sənaye sahəsində əməkdaşlığa dair Çərçivə Sazişi və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq haqqında sazişdə dəyişikliklər edilməsi haqqında hökumətlər arasında protokol imzalanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada rəsmi səfərdədir.
Bizim.Media