Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

Hazırda oxunan: Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

585292

“Tehran artıq tam istehsala başlayıb və arsenalını hücumdan əvvəlki səviyyəyə qaytarıb”.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirləri İsrail hərbi kəşfiyyatının rəhbəri Şlomi Binder ABŞ-ın xüsusi elçisi Mayk Valtsla söhbətində bildirib.

O bildirib ki, İsrailin İran hədəflərinə endirdiyi zərbələr onun ballistik imkanlarını əhəmiyyətli dərəcədə azalda bilməyib.
 

Qeyd edək ki, bu ilin iyununda İsrailin İrana hava hücumundan sonra iki ölkə arasında 12 gün davam edən müharibə başlayıb. Tərəflər bir-birilərinin ərazisinə mütəmadi olara raket zərbələri endiriblər.


Daha sonra ABŞ da münaqişəyə daxil olaraq, İranın nüvə obyektlərini hədəf alan hücum təşkil edib. İyunun 24-də tərəflər arasında atəşkəs razılaşması əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin