Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus bələdiyyə sədri Aruşa Aruşanyanı həbs etmək üçün ilk olaraq bölgə polisinə əmr verib.
Bizim.Media “Mediaport” teleqram kanalına istinadən xəbər verir ki, Sünik bölgə polisləri bələdiyyə sədrini həbs etməkdən boyun qaçırdıqdan sonra, bu missiyanı yerinə yetirmək üçün İrəvandan xüsusi təyinatlı dəstə gəlib.
Xatırladaq ki, Aruşa Aruşanyan Paşinyanın bölgəyə səfər etməsinə etiraz olaraq, Sünik əhalisini yolları bağlamağı çağırıb. O, “Facebook” səhifəsindən “Sizə səslənirəm, Sünik əhalisi, gəlin etiraz edib, xaini bölgəyə buraxmayaq”, - deyə insanları Baş nazirə qarşı provakasiyaya səsləyib.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Region
12:13 / 21.12.2020
Polislər Paşinyana tabe olmaqdan imtina edirlər
Hazırda oxunan: Polislər Paşinyana tabe olmaqdan imtina edirlər
Hazırda oxunan: Polislər Paşinyana tabe olmaqdan imtina edirlər
5852
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.