Ermənistan Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir.
Bizim.Media “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə müsahibəsində deyib.
Mirzoyanın sözlərinə görə, rəsmi İrəvan Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan birgə delimitasiya komissiyası yaratmağa hazırdır.
"İndi biz Azərbaycan və Rusiya tərəfləri ilə təmas xəttində təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılmasına gətirib çıxaracaq vasitələri müzakirə edirik. Mən artıq müxtəlif təkliflərin verildiyini demişəm. Danışıqlar davam edir", - Mirzoyan bildirib.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə Bakı və Moskvaya sərhəddə təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi istiqamətində təkliflər paketinin təqdim edildiyini bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:53 / 03.02.2022
Rəsmi İrəvandan delimitasiya komissiyasını yaradılması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Rəsmi İrəvandan delimitasiya komissiyasını yaradılması ilə bağlı AÇIQLAMA
Hazırda oxunan: Rəsmi İrəvandan delimitasiya komissiyasını yaradılması ilə bağlı AÇIQLAMA
0:00
0:00
58431
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.